Koronavirus epidemiyasına görə MotoGP-də yeni mövsümə başlamaq mümkün olmur.

Bu günə kimi Qətər və Tailand Qran-priləri ləğv olunmuşdusa, artıq siyahıya ABŞ-dakı yarış da əlavə edilib. Belə ki, Ostin Qran-prisinin təşkilat komitəsi indiki məqamda turnirə ev sahibliyi etməkdən boyun qaçırıb. Xatırladaq ki, Ostindəki yarış aprelin 5-də keçirilməli idi.

Böyük ehtimalla, mövsümə aprelin ortalarında Argentina Qran-prisi ilə start veriləcək.